вторник, 28 июня 2011 г.

David Breuer: "Azərbaycanda güclü jurnalistlər var və onlarla ünsiyyətdən zövq aldım“ - MÜSAHİBƏ


Bir müddət əvvəl Dünya Qəzet və Xəbər Maarifçiləri Assosiasiyasının (World Association of Newspapers and News Publishers WAN/IFRA) təşkilatçılığı ilə “Media menecmenti” mövzusunda Azərbaycan media mənsublarına bir həftəlik təlim keçirilib. Böyük Brianiyanın media strategiyası üzrə məsləhətçisi David Brewer tərəfindən keçirilən təlimdə, auditoriyalarda tələblərin sayının artması, istifadəçilərin müraciət etdiyi bütün daşıyıcılara uyğun və münasib məzmunun əldə olunması, elektron, onlayn və sosial media imkanları barədə müzakirələr aparılıb. Britaniyalı mütəxəssis David Brewer Bakı səfəri çərçivəsində SalamNews-a eksklüziv müsahibə verib.

- Cənab Brewer, sizcə, media strategiyası necə qurulmalıdır? Ümumiyyətlə, bunu müəyyənləşdirən konkret meyarlar varmı?
- İlk növbədə, siz auditoriyanızı tanımalısınız. Onların maraq dairlərinə, istifadə etdiyi “alətlər”ə bələd olmalısınız. Eləcə də reklam sahəsində (həm reklam sifarişçilərinin, həm də istehlakçıların) tamaşaçıların tələblərinə uyğunlaşmalısınız. Fərq etməz, istər televiziya, radio olsun, istərsə də onlayn və yazılı mətbuat olsun, ən önəmli amil oxucularınızın, seyrcilrinizin bəslədiyi dəyərlərə hörmət etməlisiniz. Bu münasibətlərdə obyektivlik, qərəzsizlik və ədalətlilik prinsipinə riyaət olunmalıdır.
- Azərbaycan mediası ilə nə dərəcədə tanışlığınız var?
- Etiraf edim ki, dərindən tanış deyiləm, ancaq Azərbaycan mediası ilə bağlı beynəlxalq hesabatları oxumuşam.
- Qənaətiniz necə olub?
- Ümumiyyətlə, mən başqa ölkədəki media barədə şərhlər verməməyə çalışıram. Əvvəla ona görə ki, Azərbaycana gəlişimin məqsədi fərqlidir. Mən bura medianın gələcək liderləri ilə, gənc, dinamik jurnalistlərlə işləməyə, onlara bilik verməyə gəlirəm. Biliklərə yiyəylənməkdə maraqlı olan jurnalistlər Azərbaycanda azad media üçün imkan yarananda öyrəndiklərini istifadə edəcəklər. Onlarla ən yaxşı dünya təcrübəsini bölüşürəm. Biz ortaya fərqli yanaşmalar qoymaqla nələri isə öyrənirik.
Konkret dəyərləndirməyə gəlincə, bunu ancaq ölkəmdə edə bilərəm. Çünki mən ölkəmin ekspertiyəm, siz də öz ölkənizin. Bu baxımdan Azərbaycan mediası ilə bağlı dəyərləndirməyə sizin haqqınız daha çox çatır.
- Susqunluq mövqeyinizdən anladım ki, vəziyyət sizin nəzərinizdə heç də ürəkaçan deyil. Belə olan halda sualımı başqa çür verim, yaşadığınız və eksperti olduğunuz ölkədən Azərbaycanın media mənzərəsi necə görünür?
- Susqunluğum bədbin qənaətdən irəli gəlmir. Sadəcə olaraq, hər hansı bir məsələyə dair fikir bildirmək üçün geniş məlumatın olmalıdır. Azərbaycan dilini bilmədiyimdən sizin mətbuatı da izləmək imkanından məhrumam. Ona görə də bir peşəkar olaraq kosmetik şərhlər vermək kimi yanlışlıqdan uzağam.
- Azərbaycandakı söz və ifadə azadlığı ilə sualıma da buna bənzər cavab verəcəksiniz?
- Mənə elə gəlir ki, bu məsələ ilə məşğul olan xüsusi təşkilatların reytinq cədvəli, indeksləri var, harada ki, Azərbaycandakı söz və ifadə azadlığı ilə bağlı vəziyyət göstərilir. Mən bilən, təqribən iki ay əvvəl rəsmi dövlət qurumundan "Freedom House" təşkilatının indeksi müzakirə ediləcək. Çünki sizin dövlət qurumundan bu təşkilatın hesabatlarının həqiqətə uyğun olmadığı iddiası irəli sürülüb. Mən təklif edirəm ki, həmin təşkilatın nümayəndələri Azərbaycana gəlsinlər və dəqiq məlumat alsınlar. Media hesabatlarındakı göstəricilər bəzən subyektiv ola bilər. Bu, çox vaxt məlumatı kimin necə oxumaq istəyindən asılı olur.
- Suallarımıza çox diplomatik tərzdə cavab verirsiniz. Bəlkə bunun xüsusi səbəbi var?
- Xeyr, mən, sadəcə olaraq, səmimi olmağa çalışıram. Düşünürəm ki, dediyiniz məsələ barədə mənim fikrim o qədər də vacib deyil. Amma sizin bir nümayəndə kimi fikriniz çox vacibdir.
- Bir halda ki, müsahibə sizdən alınır, deməli, sizin fikriniz az əhəmiyyətli deyil.
- Zənnimcə, hər hansı bir ölkəni qısa müddətdə tanıyan şəxsin fikir yürütməsi düzgün olmazdı.
- Nəzərə alsaq ki, üçüncü dəfədir Azərbaycana gəlirsiniz və üstəlik, təlim keçdiyiniz ölkədə sizin sahə ilə bağlı təsəvvürlərinizin olmaması bir qədər qeyri-realdır.
- Təəssüf ki, bu barədə həqiqətən dərin araşdırma aparmamışam.
- Mətbuat üzrə alternativ birliyin yaradılması ideyasına necə baxırsınız?
- Fərqli siyasi baxışlı, müxtəlif mövqeli jurnalistləri bir araya gətirib müxtəlif mövzuları müzakirə etmək, fikir mübadiləsinə girmək çox gözəldir. Bu baxımdan alternativ jurnalist birliklərinin çox olmasını müsbət dəyərləndirirəm.
Yadımdadır, ilk dəfə Zimbabveyə dəvət olunanda, yalnız müstəqil media ilə işləməyimi istədilər. Mən isə qətiyyən etiraz etdim. Əks halda, qütbləşmənin dərinləşməsinə töhfəmi vermiş olacaqdım. Buna razı ola bilməzdim. Ona görə də həm müstəqil, həm də iqtidaryönlü media ilə işləyirəm.
- Azərbaycan jurnalistlərinə bir həftə seminar keçdiniz. Razı qaldınızmı?
- Mən tam razı qaldım. Azərbaycan jurnalistlərinin yeniliyə açıq olmaları, interaktivliyi məni çox ruhlandırırdı. Azərbaycanda güclü jurnalistlər var. Onlarla ünsiyyətdən zövq aldım.
Sevda Babayeva

Комментариев нет:

Отправить комментарий