вторник, 28 июня 2011 г.

Əli Hacızadə: "Təəccüblənmərəm, əgər google sabah Bakını Yerevan olaraq “tərcümə” etsə”


Son zamanların ən aktual mövzularından biri də Google Translator-da “Qarabağ” kəlməsinin “Ermənistan” kimi tərcümə olunmasıdır.

KİV üzrə və PR texnologiya eksperti Əli Hacizadənin SalamNews-a verdiyi açıqlamasına görə, qorxulu bir şey baş verməyib, analoji hadisə bu yaxınlarda Facebook-da yer almışdı. Hansı ki, bəzi internet istifadəçilərinin “səyləri” nəticəsində bəzi erməni istifadəçələri oxşar problemlərlə üzləşmişdilər. Həmçinin, Xumar Qədimova adının tərcümədə Castin Timberleyk kimi tərcümə olunmasını da çoxarı xatılayır. Qısaca desək, bütün açıq tərcümə resursları istifadəçilərin buna bənzər “zarafatları”na məruz qalıblar.

Bu qeyri-dəqiqliyi aradan qaldırmaq üçün sadəcə həmin sayta daxil olub düzgün variantı yazmaq lazımdır və bunu mümkün qədər çox insan etməlidir. Bir də sayıq olmaq lazımdır. Təəccüblənmərəm, əgər google sabah Bakını Yerevan olaraq “tərcümə” etsə”.
Əli Hacızadə həmçinin qeyd etdi ki, bu halın baş verməsinin müəyyən qədər günahı həm də Azərbaycan internet istifadəçilərindədir ki, “Odnoklassniki” və Vkontakte” kimi saytlarda göstərdikləri hiperaktivliyə rəğmən Google Translator və Wikipedia kimi resurslarda eyni aktviliyi göstərmirlər. Virtual şəbəkələrdə faydasızca dolaşan aktiv internet istifadəçiləri yaxşı olardı ki, hərdən bir Google Translator kimi servislərə də diqqət yetirsinlər.

Sevda Babayeva

Комментариев нет:

Отправить комментарий