вторник, 28 июня 2011 г.

Son on ildə Azərbaycanda mənzil şəraitini yaxşılaşdıran ailələrin sayı 2,4 dəfə azalıb - ekspert


“Son on ildə Azərbaycanda mənzil şəraitini yaxşılaşdıra bilmiş ailələrin sayı 2,4 dəfə azalıb. Əhalinin mənzilə əlçatanlığını təmin etmək üçün hökumət təcili olaraq Sosial Mənzil Fondu yaratmalıdır”. Bunu İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Cavid Xəlilov bildirib. 
Onun sözlərinə görə, 2010-cu ildə ölkədə cəmi 743 ailə mənzil şəraitini yaxşılaşdıra bilib, halbuki 2000-ci ildə belə ailələrin sayı 1758-ə bərabər olub. Ekspert, Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən qeyd edir ki, 2003 və 2008-ci illər istisna olmaqla, 1998-ci ildən başlayaraq Azərbaycanda mənzil şəraitini yaxşılaşdıra bilmiş ailələrin illik sayında azalma tendensiyası müşahidə edilir.

“1998-ci ildən başlayaraq ölkədə mənzil şəraitini yaxşılaşdıra bilən ailələrin sayı hər il orta hesabla 7 faiz azalır. Bu göstəricilər Azərbaycanda geniş əhali kütləsinin mənzilə əlçatanlığının getdikcə azaldığını göstərir. Vəziyyəti yaxşılaşdırmaq, geniş əhali kütləsinin mənzilə əlçatanlığını təmin etmək üçün ölkədə təcili tədbirlər görülməlidir”. Cavid Xəlilov bu məqsədlə xüsusi dövlət proqramı hazırlanmalı və büdcə subsidiyalarının ayrılmasının vacibliyini də vurğulayır.
Sevda Babayeva

Комментариев нет:

Отправить комментарий