Əbru, suya atılan bənzərsiz bir imza, suyun röyası, insana hüzur verən ilahi bir sənət hesab edilir. "Əbru" kəlməsinə müxtəlif mənalar verilir, kimisi bulud topaları, kimisi də qaş, yəni "suyun qaşı" anlamı daşıdığını iddia edilir.
Bu sənətin mənşəyi haqqında dəqiq tarixi məlumat söyləmək çətin olsa da, ehtimallar ilk ebru nümunələrinin 12-ci əsrdə - Çağatay türklərində rast gəlindiyini deyir. Azərbaycan ərazisinə isə Türküstandan ipək yolu vasitəsi ilə XVI əsrdə gətirilib. Lakin o dövrün müharibələri əbru sənətini bizdən uzaqlaşdırıb.
Son bir neçə ildə əbru, Azərbaycan sənətkarlığında öz əski yerini tutmağa çalışır. Bir qədər həvəskar, asta templərlə olsa da, ən azından, bu sahədə çabalar az deyil. Əbruzən Zaur Orucov da nadir sənət nümunəsini təbliğ edən, sevdirən ustadlardandır. Oxuculara ustadla müsahibəni təqdim edirik.
Bu sənətin mənşəyi haqqında dəqiq tarixi məlumat söyləmək çətin olsa da, ehtimallar ilk ebru nümunələrinin 12-ci əsrdə - Çağatay türklərində rast gəlindiyini deyir. Azərbaycan ərazisinə isə Türküstandan ipək yolu vasitəsi ilə XVI əsrdə gətirilib. Lakin o dövrün müharibələri əbru sənətini bizdən uzaqlaşdırıb.
Son bir neçə ildə əbru, Azərbaycan sənətkarlığında öz əski yerini tutmağa çalışır. Bir qədər həvəskar, asta templərlə olsa da, ən azından, bu sahədə çabalar az deyil. Əbruzən Zaur Orucov da nadir sənət nümunəsini təbliğ edən, sevdirən ustadlardandır. Oxuculara ustadla müsahibəni təqdim edirik.
- Əbru, islam incəsənəti içərisində ən cazibədarı və ən tez nəticə alınan sənət nümunəsidir. Boyaların su üstündə buluda bənzər topalar əmələ gətirdiyinə görə farscada bulud mənasına gələn “əbri” sözündən istifadə ediblər. Digər tərəfdən, su üzərində qaşa oxşar şəkillər əmələ gəldiyinə görə qaş mənasına gələn “əbru” sözündən istifadə etdikləri bildirilir. Beləcə, günümüzə “əbru” adı ilə gəlib çıxıb. Avropaya isə əbru, “türk mərmər kağızı” adıyla daxil olub. XVII əsrdən etibarən bu sənət, Qərbin diqqətini çəkir. Romada 1646-cı ildə çap olunan əsərlədə əbru “türk kağızı” adlandırılır.
- Zaur bəy, əbru sənətinin islamla, ilahi aləmlə bağlılığı vurgulanır...
- Əsrlər öncə müqəddəs kitabımız Qurani-Kərimin iç-qapaq hissələrində məhz əbrudan istifadə olunub. Bu bağlılğın digər məcazi mənası da var. Yəni, Allah birdir, Onun yer üzərindəki təcəlliləri isə milyonlarla, milyardlarladır. Gülün üzərindəki təcəlli ayrıdır, ilanın üstündəki ayrı. Gülə baxanda insanın ürəyindən çox gözəl duyğular keçir, ilana baxanda isə fərqli hisslər, xislətlər yaşayırsan. Əbru sənətini də bir növ təcəlliyə bənzədirlər. Yəni, əbrunu hazırladığımız qab eynidir, təkdir, ancaq onun üstündə çıxan əbru rəsmləri saysızdır, bənzərsizdir. Diqqət etmisinizsə, bir əbru digərinə bənzəmir. Rənglər eyni olsa da, su üstündəki alınan ahəng, kompozisiya tamamilə fərqlidir. Bir sözlə, bir əbrunun ikinci təkrarı yoxdur.
Digər maraqlı fakt da deyim ki, tarixi əlyazmalarımızın cildlərində məhz əbru rəsmlərindən istifadə olunub. Ümumiyyətlə, əbru sənəti təkcə kağız üzərində deyil, həm də parça, taxta, çini və b. səthlərə tətbiq olunur.
- Əbru rəsmləri təbii maddələrdən hazırlanmış boyalarla, nadir tapılan ağaç materialından olan fırçalarla çəkildiyi deyilir...
- Əbru sənətinin özünəməxsus ləvazimatları var. Boyalar tamamilə təbii, rəngli torpaqlardan, dəmirin pasından, ağac bitkilərinin hazırlanır. Boya məhsulları mərmər və ya qalın şüşə üzərində əzməklə narın hala gətirilir. Əzilmiş boyaların içərisinə qoyun və ya inək ödü əlavə edilir. Qoyun ödü daha effektivdir, lakin toplanması çətin olduğundan inək ödünə üstünlük verilir. Ödün də özünəxas xüsusiyyəti var. Yəni, boyanı həm incəldir, həm də su üzərində bir-birinə qarışmağa qoymur. Fırça isə at quyruğundan, qurumuş gül və ya gəvən tikan bitkisinin budağından hazırlanır. Bunun da özəl bir səbəbi var. Belə ki, at quyruğu fiziki cəhətdən sərt olduğuna görə, boyaları qarışdırdıqdan sonra davamlı suyun içində qalmağına rəğmən fırça, öz əvvəlki vəziyyətini itirmir. Necə deyərlər, “sağlamlığını” qoruyur.
Gül budağı da həmçinin, nəmə qarşı dözümlü olduğundan uzun müddətli istifadəyə yarayır. Bu, fiziki cəhətidir. Digər tərəfdən at, bildiyimiz kimi enerjini duyan, hiss edən çox həssas bir heyvandır. Əbəs yerə demirlər ki, at, üzərindəki savaşçının həyəcanını duyar. Əgər üstündəki insan həyəcanlanarsa, at da həyəcandan getməz. Bu mülahizələrdən irəli gələrək düşünürəm ki, at quyruğundan və gül büdağından istifadənin səbəbi, insan ruhunun enerjisinin əllər vasitəsilə suyun üzərində bir əlaqə yaratmasıdır.
- Əbru sənətinin özəlliklərindən biri də rəsm əsərlərinin sufi, ilahi musiqilərin sədaları altında icra olunmasıdır. Musiqi və su üzərində “rəqs edən” əbru boyaları arasında anladılması qeyri-mümkün olan mistik kontakt var sanki...
- Bəli, əbru sənəti sufi musiqisinin müşayətilə icra olunur. Amma bu, mütləq şərt deyil. İlahi, xüsusilə də sufi müsuqiləri əbru rəsmini çəkən sənətkarın ruh halının müsbətə köklənməsi üçündür. Nə qədər qəribə olsa da su molekulları, o ahəngi duyur, danışılan sözü “eşidir”, insanın ruh halından anlayır. Bax, o ruh halının əksi gözəl olsun deyə, su üzərindəki əbru bəzəkləri gözəl alınsın deyə, sufi müsiqi sədalarının eşidilməsi yaxşı olardı.
- Əbru sənətinin öyrənilməsi üçün yaş məhdudiyyəti yoxdur. Ürəyində, daxili aləmində sevgi olan hər kəs bu işi öyrənə, bacara bilər. Yetər ki, insanın mənəviyyatı təmiz olsun.
Ümumiyyətlə, bu sənətdə ruhun enerjisi su üzərinə əks olunduğuna görə, əbru ilə məşgul olan insanların ruh halı yerində olmalıdır. Əks halda, həm əbru boyalarında çürümə təhlükəsi yarana bilər, həm də insanın bu sənətə həvəsi sönər.
Digər tərəfdən əbru, sevgi, mənəvi rahatlıqdan əlavə, həm də səbr tələb edən bir sənətdir. İnsanın ruhuna rahatlıq verməklə bahəm, ən gözəl psixoloji terapiyadır. Təsadüfi deyil ki, əbru sənətindən psixoloji problemlərin müalicəsində də istifadə edirlər.
- Sizcə, əbru sənətinin Azərbaycanda təbliği, inkişaf tempi niyə zəifdir?
- Sizcə, əbru sənətinin Azərbaycanda təbliği, inkişaf tempi niyə zəifdir?
- Haqlısınız, əbrunun həm fəaliyyəti, təbliği, həm də inkişafı çox zəifdir. Çox az insan bu sənətlə məşğul olunur. Əsasən də fərdi çalışmalar sayəsində mövcuddur. Peşəkar şəkildə çalışmalar, sərgilər düzənləmək olduqca çətindir. Bəlkə də səbəb, bu sənətin ictimaiyyətə yetərincə tanıdılmamasıdır. Bu işdə maddi-mənəvi dəstəyə böyük ehtiyacımız var.
Sevda Babayeva
Milli.az
Комментариев нет:
Отправить комментарий