пятница, 21 января 2011 г.

Azərbaycan əleyhinə olan filmə çəkilmək üçün azərbaycanlı aktrisa tapıldı! - FOTOSESSİYA

Təxribatçı «Sonuncu romalılar» filmi axır ki, çəkildi

Ötən ilin avqust ayında Rusiyada «Sonuncu romalılar» adlı 8 seriyalı bədii filmin çəkilişləri haqda geniş məlumat vermişdik. Film, Azərbaycanın siyasi-ictimai həyatının ən qızğın dövrü sayılan 1990-cı ildək olan prosesləri özündə əks etdirir. Bakının həmin ərəfədə mənzərəsi bədii və sənədli kadrlarla görüntülənəcəkdi. Bunu reallaşdıracaq insan isə Rusiya kinoindustriyasında kifayət qədər tanınmış rejissor Yuri Moroz idi. Ssenariyə görə, film, azərbaycanlı Səfərov, rus Qoryaçev və erməni Ovanesov soyadlı üç qafqazlı ailəsinin dostluğundan bəhs edirdi…
Dedektiv, kriminal, macəra janrının qarışığından ibarət bu filmin çəkilişləri Bakıda, azərbaycanlı aktyorların iştrakı ilə çəkilməli idi. Daha dəqiq desək, rejissor bu niyyətdə idi. Lakin Azərbaycan tərəfi – Mədəniyyət və Turizm Nazirliyi, yerli aktyorlarımız bu əməkdaşlığa qəti şəkildə "yox" cavabını vermişdi. Səbəb, filmin süjet xəttində Azərbaycana və azərbaycanlılara qarşı təxribat xarakterli məqamların olması idi. 
Qeyd edək ki, bu filmin ssenarisində azərbaycanlılar "qəddar", "qaniçən", "oğru", ermənilər isə "yüksək dəyərlərə malik" insanlar kimi təsvir olunur. Ssenaridə ermənilər "sonuncu romalılar" kimi təqdim olunur, azərbaycanlılar isə Romanı dağıdan, viran qoyan barbarlar – vəhşi, dağıdıcı tayfalarla müqayisə edilir. Elə filmin adı - "Sonuncu romalılar" ifadəsi də məhz ermənilərə aid edilir, guya ki, "azərbaycanlıların onları qırması nəticəsində" ermənilər "sonuncu romalılar" kimi tarixə düşüblər. Onları incidən, "Romanı dağıdan" qüvvələr isə "mənfur" azərbaycanlılardır.
Filmdə kastinq əsasında həm əsas rola, həm də kütləvi səhnələrdə iştirakı nəzərdə tutulan aktyorlar da filmə çəkilməkdən imtina etmişdilər. Özəlliklə də, baş rollara dəvət olunan xalq artsiti Fəxrədddin Manafov və gənc aktyor Rasim Cəfərova filmdə çəkilmələri üçün böyük məbləğdə qonorar da təklif edilmişdi. Amma aktyorlarımız ermənipərəst ssenari əsasında filmə çəkilməyi təbii ki, rədd etmişdilər. 
Bundan sonra filmin çəkilişi də dayandırılmışdı. Amma görünür ki, müvəqqəti...
Filmin reallaşdırılmasına «öldü var, döndü yoxdur» prinsipilə yanaşan Yuri Moroz çarəni başqa yerdə axtarır və tapır da. Filmi məkan olaraq Soçi və Maltada, azərbaycanlı tipajını isə Rusiyada yaşayan və çalışan azərbaycanlı aktrisa Sabina Millerin timsalında görür.

"Sonuncu romalılar"da çəkilən azərbaycanlı aktrisanı tanımayanlara tanıdaq: Rəsmi sənədlərdə adı Səbinə, atasının adı Gülbala, soyadı isə Əhmədovadır. 1981-ci il 23 sentyabr təvəllüdlüdür. Rusiya Teatr İnstitutunu və Los-Ancelesdəki Müasir İncəsənət İnstitutunu bitirib. Teatr, müzikl və filmlərdə çəkilib. Sonuncu aktyor işi də məhz «Sonuncu romalılar» filmi oldu. 

Sevda Babayeva
ARAŞDIRMA



















Комментариев нет:

Отправить комментарий