вторник, 28 июня 2011 г.

“Xalçanın musiqi sehri” multimedia layihəsi təqdim olunub


Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində Cavad Tağızadənin “Xalçanın musiqi sehri” multimediya layihəsi təqdim olunub. Tədbir, “İpək Yolu» II Beynəlxalq Musitqi Fkestivalı çərçivəsində həyata keçirilir.
Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə keçirilən mərasimdə muzeydə “Azərbaycan Xalçaları Böyük İpək Yolunda” adlı sərgi açılıb. Sərgidə Quba qrupuna daxil olan “Qımıl”, Qarabağ qrupundan “Bəhmənli”, “Çələbi”, ”Açma-yumma”, “Vərni”, Şirvan qrupunun “Sumax” xovsuz xalçası, Fransanın məşhur Luvr muzeyində saxlanılan XVI əsrə aid olan Qarabağın “Əjdahalı” xalçasının fotorepreduksiyası nümayiş olunub. Tədbirdə muzeyin direktoru Röya Tağıyeva xalça və musiqinin (muğam) vəhdətindən danışıb.

Sevda Babayeva

Комментариев нет:

Отправить комментарий