Показаны сообщения с ярлыком ARAŞDIRMA. Показать все сообщения
Показаны сообщения с ярлыком ARAŞDIRMA. Показать все сообщения

пятница, 6 июля 2012 г.

Məşhur türk yazarı Azərbaycandan axır ki qonorarını aldı, amma…

Türkiyənin tanınmış dramaturqu Tuncer Cücenoğlunun Azərbaycan teatrı ilə əməkdaşlığı, səhnəyə qoyulduğu əsərləri, eləcə də müəllif hüquqlarının qorunmaması haqda iradlarına cavab verildi.
Xatırladaq ki, Tuncer Cücenoğlu, ANN.az saytına eksklüziv müsahibəsində Azərbaycanda müəllif hüquqlarının qorunmaması, tərcümə edilmiş səhnə əsərlərinin qarşılığında indiyədək qonorar ödənilmədiyini, həmçinin Azərbaycan teatrı ilə əməkdaşlığa dair hər hansı bir müqavilə imzalanmadığını demişdi.

понедельник, 27 июня 2011 г.

Gürcüstandakı Azərbaycan teatrının dramatik həyatı və acı sonu? - ARAŞDIRMA - FOTO - VİDEO

    Tiflis Dövlət Azərbaycan Dram Teatrı yaşamağa, yoxsa, dəfn olunmağa məhkumdur?





Azərbaycan teatrının dramatik ömrü... Son pərdəsi faciədir, yoxsa?

Tiflisdə bineyi-qədimdən bəri məşhur bir məkanı var - Şeytanbazardır adı. Harada ki, tarixən və elə indi də Azərbaycan türkləri yaşayıb və yaşamaqdadırlar. Həmin ərazidəTiflis Dövlət Azərbaycan Dram Teatrı yerləşirdi. 
XIX əsrdə Qafqazın mədəniyyət mərkəzi sayılırdı Tiflis. 1873-cü ilə dayanın Azərbaycan teatr tarixinin təməli də məhz Tiflisdən başlanır. Mirzə Fətəli Axundov, Həsən bəy Zərdabi, Əbdürrəhim bəy Haqverdiyev və digər ziyalılarımızın əvəzsiz xidmətlərilə bağlıdır Tiflisdəki Azərbaycan teatrımız.
Əvvəllər Mirzə Fətəli Axundzadənin, indi isə Heydər Əliyevin adını daşıyır.
İlk dövlət stutusunu teatr, 1922-ci ildə qazanır. 1921-ci ilin sonlarında Tiflis teatr həvəskarları bir dəstədə birləşərək dövlət statuslu teatr yaratmaq naminə səylə çalışırdılar. Və yalnız bir il sonra bu istəyə nail olunur. Mirzə Fətəli Axundov adına Tiflis Dövlət Azərbaycan Dram Teatrının fəaliyyəti 2 yanvar 1947-ci ilədək sürdü. Müəyyən səbəblərdən dolayı bağlanmış teatrın Gürcüstan dövləti tərəfindən bərpasına isə 51 il sonra, 17 may 1998-ci ildə fərman verildi. 

Qədim mədəniyyət ocağımızın yerləşdiyi məkanın ünvanı bu gün də dəyişməyib. Zahiri əzəməti, gözəlliyilə diqqəti çəkən teatr binamız Tiflisin turistik məkanlarından sayılan Şeytanbazar ərazisində, Qorqasali, 1 küçəsində yerləşir. Dəyişiklik təkcə zahiri görünüşündə deyil, həm də adındadır. İndi Azərbaycanın ulu öndəri Heydər Əliyevin adını daşıyır. Teatrın girişindəki lövhə ARDNŞ-nin Gürcüstandakı törəmə müəssisəsi «SOCAR Georgia Petrolium» MMC-nin maliyyə dəstəyilə hazırlanıb. 

Azərbaycan teatrı yaşayırmı?

Həm yerli sakinlər, həm də əcnəbi qonaqlar Tiflisdə Azərbaycan teatrının mövcudluğundan xəbərdardırlar. Tiflisin mərkəz küçəsində yerləşmiş teatr binası istər-istəməz özünün varlığından xəbər verir. Azərbaycan teatrının zənginliyi, yaşadılması haqda xoş düşüncələrə aparır. Ancaq bu illüziya, teatr binasının kandarından içəri daxil olana qədər davam edir. Teatr qapısından ayağını içəri qoyan kimi sanki başqa və çox eybəcər bir planetə düşürsən. Bir anlıq çaşqın vəziyyətdə həqiqətənmi teatra, yoxsa təsadüfən tikinti ərazisində gəldiyini düşünürsən. Beynində yaranmış ilk sualın cavabını tapmaq üçün müraciət ediləcək kimsə də yoxdur. O boyda əzəmətli binada bir ins-cins tapmaq da müşkülə çevrilir. İçəridəki ölü səssizlik insanın qulağını deşir…


четверг, 30 сентября 2010 г.

Qanunla vətəndaş arasında "arbitr" və yaxud notariusun yazdığını pozmağa kimin cürəti çatar?!

  Vərəsəlik işinin reallaşdırılması ilə bağlı xeyli sayda problemlərin kökündə həm də notariat orqanlarının fəaliyyətindəki qüsurlar dayanır. Bu qüsurların aradan qaldırılması üçün dövlət tərəfindən hansı tədbirlər görülür?
 Son araşdırmaların nəticəsində müəyyən edilib ki, 2009-cu ildə Ali Məhkəmənin mülki işlər üzrə məhkəmə kollegiyasında 2500-dən çox işə baxılıb. Bunlardan təxminən 700-ü mənzil mübahisələri, 200-ü torpaq mübahisələri, qalan işlər isə digər məsələlərlə əlaqədar olub.

Azərbaycan əleyhinə çəkilən çoxseriyalı Rusiya filmi ifşa olundu! - ARAŞDIRMA


Ermənistan-Azərbaycan münaqişəsindən bəhs edən və azərbaycanlıları “qaniçən” kimi təqdim edən ssenari nələrdən xəbər verir?