четверг, 30 сентября 2010 г.

Kardeş Kardeşe Borç Vermez!..


    Mustafa Kemâl Paşa, 3 Mayıs 1920 günü Doğu Cephesi Komutanı Kâzım Karabekir Paşa’ya yazdığı bir mektupta, “Devlette hiç para kalmadı. Şu anda içeride para temin edebileceğimiz bir kaynak da yok. Başka kaynaklardan para temin edinceye kadar Azerbaycan Hükûmeti’nden borç para alınmasını temin etmenizi rica ederim” diyordu. Kâzım Karabekir Paşa, isteği Azerbaycan Hükûmeti’ne iletti. Bu istek, Azerbaycan Sovyet Sosyalist Halk Cumhuriyeti ile Ankara Hükûmeti arasındaki ilk resmî temastı.

Qanunla vətəndaş arasında "arbitr" və yaxud notariusun yazdığını pozmağa kimin cürəti çatar?!

  Vərəsəlik işinin reallaşdırılması ilə bağlı xeyli sayda problemlərin kökündə həm də notariat orqanlarının fəaliyyətindəki qüsurlar dayanır. Bu qüsurların aradan qaldırılması üçün dövlət tərəfindən hansı tədbirlər görülür?
 Son araşdırmaların nəticəsində müəyyən edilib ki, 2009-cu ildə Ali Məhkəmənin mülki işlər üzrə məhkəmə kollegiyasında 2500-dən çox işə baxılıb. Bunlardan təxminən 700-ü mənzil mübahisələri, 200-ü torpaq mübahisələri, qalan işlər isə digər məsələlərlə əlaqədar olub.

Rüstəm İbrahimbəyov: "Fuad Poladova qarşı kobudluğa yol verdiyimi etiraf edirəm"

Kinodramaturq, "Oskar" mükafatı laureatı Rüstəm İbrahimbəyovun Milli.Az xəbər portalına müsahibəsi.

"Nə qədər ki, mesenatlıq ənənəsi olmayacaq..."

- Keçən il Azərabycanda elitar cəmiyyətin yoxluğu ilə bağlı dediyiniz fikirlər birmənalı qarşılanmadı. Aradan bu qədər zaman keçməsinə baxmayaraq, söz söhbətlər hələ də davam etməkdədir. Məsələn,  bu çıxışınızla layihələriniz üçün dövlətdən maliyyə dəstəyi və xarici investorları cəlb eləmək məqsədi güddüyünüzü, nəticə etibarilə buna da nail olmağınız kimi…

Rəqibi sarsıtmağın ən yaxşı yolu nədir? - FOTO

Bakı səhnəsində gürcülərin coşğun temperamenti, yüksək artistizmi, mükəmməl plastikası… 

«Rəqibi sarsıtmağın ən yaxşı yolu məzhəkədir». Bu deyimdən çıxış edərək dünya şöhrətli gürcü rejissoru Robert Sturua növbəti tamaşasının hədəfini məhz rəqiblərinə tuşladı. Bunun üçün isveçrəli dramaturq Maks Frişin «Biderman və təhrikçilər» əsərinini üzərində var-gəl eləməyə, əsas özəyində isə özünün ictimai-siyasi görüşlərini həkk etdirməyi lazım bildi. Daha aydın desək, eyni adlı əsərə ikinci müəllifliyi etdi. Əbəs yerə deyilmir ki, dramaturq bir şeyi yazır, rejissor başqa şey qoyur, tamaşaçı üçüncü fikri anlayır, tənqid isə bir başqa nəticəyə varır. Sözügedən tamaşada dramaturq və rejissorun pyesdəki eyni kəlmələrə, eyni qəhrəmanlara bir-birindən kəskin şəkildə fərqlənən münasibətləri göründü. Və etiraf etmək gərək ki, rejissorun hadisələrə baxışı müəllifdən daha aktual, daha maraqlı idi. Zamanın tonallığını zərgər dəqiqliyilə duyan, fərqli düşüncə tərzini çatdıra bilən cəsarətli rejissorlardandır Sturua. Bu, onun mətbuata verdiyi müsahibələrilə bahəm tamaşalarında da qabarıq şəkildə ifadə olunur.

"İbrus" teatrında "sonuncu döyüş" - RESENZİYA



Fuad Poladovun Yuri Baliyevlə əvəzlənməsi tamaşaya nə verdi?

«İvan Buninin sonuncu döyüşü» («Posledniy poedinok İvana Bunina») son beş ildə Azərbaycan teatr məkanında barmaqla sayıla biləcək tamaşalar sırasına daxil oldu. Bir neçə il öncə ilk premyera, daha sonra qastrol səfərləri zamanı əldə etdiyi maraq və uğur. 
Maraq təkcə tamaşanın quruluşuna görə deyildi. Mövzunun məna yükü, Azərbaycanda kifayət qədər araşdırılmamış dünya şöhrətli iki yaradıcı şəxsiyyətin şəxsi münasibətləri... Söhbət  ötən əsrin əvvəllərində Fransaya mühacirət etmiş, Nobel mükafatı laureatı İvan Alekseyeviç Bunin və ədəbiyyat dünyasında Banin imzası ilə tanınmış azərbaycanlı yazıçı Ümbülbanu Əsədullayevadan gedir.

Daşların dilini bilən azərbaycanlı... - FOTOSESSİYA

Fazil Nəcəfov: «Daş, qadın qəlbinə bənzəyir. Onun ürəyini ələ ala bildinsə, deməli söhbətiniz alınacaq» 

Daşın ömrü insan ömründən çox-çox uzundur. Həm uzunömürlü, həm əbədi. Daşın yaşı insanın yaşından çoxdur. Bəşəriyyət yaranışının tarixilə eynidir demək olar ki. Əsrlər boyu olmuş və olacaqlara Allahdan sonra şahidlik missiyası məhz daşlara məxsusdur. Hər şeyə şahid olan daşlar. Olub-bitənlərin ağırlığını özündə daşıyan daşlar əslində danışan canlılardır. Diqqətlə baxdığımızda daşlara yonulmuş hər simada, hər fikirdə bir məna, bir sual dolu nəzərlər, nələrisə anlatmaq, nələrdənsə xəbərdar etmək cəhdi oxunur. «Daşlara yazılmış tarix» deyimi əbəs yerə tez-tez deyilmir axı. 

Azərbaycan əleyhinə çəkilən çoxseriyalı Rusiya filmi ifşa olundu! - ARAŞDIRMA


Ermənistan-Azərbaycan münaqişəsindən bəhs edən və azərbaycanlıları “qaniçən” kimi təqdim edən ssenari nələrdən xəbər verir?

BOLERO-RAVEL

Milk and Kisses - Getmə, getmə, gəl

Художник Рашад Мехти-заде


Рашад Мехти-заде из тех художников, которые не остаются незамечены. Его работы носят отпечаток, ярко выраженной индивидуальности, их нельзя спутать с работами других художников.


Юрий Андрющенко, актер: «Ваш город для меня был абсолютным открытием»


На днях в Баку побывал Молдовский Государственный Русский Драматический театр имени А.П.Чехова с тремя спектаклями – «Страсти по Андрею», по мотивам знаменитой «Палата №6» Чехова, комедией «Браки поневоле, или школа жен и мужей» Жана Батиста Мольера, и детской романтической сказкой «Колдун «Ух-Ты» и Маленькая Фея» Воймила Рабадана.

В «Страстях по Андрею» и в детском спектакле в главной роли был занят мастер искусств Молдавии Юрий АНДРЮЩЕНКО, который рассказал о своих впечатлениях от Баку и о многом другом корреспонденту портала «Kultura.Az» Севде Бабаевой.

Ekstrasens Qalina Bağırova: "Qarabağ münaqişəsinin həlli üzərində hələ işlər aparılacaq və ..."

Rusiyanın tanınmış ekstrasensi, Azərbaycan əsilli öncəgörücü Qalina Bağırovanın Milli.Az xəbər portalına müsahibəsi 

Tanınmış ekstrasens Qalina Bağırova, tamaşaçılara Rusiyanın TNT telekanalında yayımlanan «Bitva ekstrasensov» («Ekstrasenslərin döyüşü») verilişindən tanışdır.
Bakı səfəri əsnasında Qalina Bağırova Milli.Az portalına müsahibə verdi.

Azərbaycanda erməni qızı ilə azərbaycanlı oğlanın sevgisindən bəhs edən film çəkilir

 Təxribatçı Sumqayıt hadisələri “Ramiz və Cülyetta” sevgi melodramında nələr yaşadacaq? 


Bir neçə ay öncə vəkil Aslan İsmayılovun işıq üzü görmüş «Sumqayıt - SSRİ-nin süqutunun başlanğıcı» adlı kitabının təqdimat mərasimi keçirildi. Qeyd edək ki, 22 il öncə baş vermiş həmin hadisələrdə dövlət ittihamçısı qismində çıxış edən Aslan İsmayılovun sənədlər, araşdırmalar və faktlar əsasında qələmə aldığı kitabın «kino dili»nə çevrilməsi gözlənilir. Daha dəqiq desək, «Ramiz və Cülyetta» filmi çəkiləcək. Bu barədə məlumatı eksklüziv olaraq Milli.Az portalına filmin ssenari müəllifi Rüstəm İbrahimbəyov bildirib.

Bakı Fond Birjasının 10 yaşı tamam oldu





Samir Şərifov: "Fondun yaranması Azərbaycanın qiymətli kağızlar bazarının inkişafına müsbət təsir edib"
Dünən paytaxtda Bakı Fond Birjasının 10 illik yubileyi ilə əlaqədar "Kollektiv investisiyalar: beynəlxalq təcrübə və imkanlar" mövzusunda beynəlxalq konfrans keçirildi. Tədbirin təşkil edilməsində əsas məqsəd yerli bazar üçün yeni hesab edilən və dünyada geniş tətbiq olunan kollektiv investisiya mexanizmlərinə dair ətraflı məlumatlar verməklə kapital bazarının populyarlaşdırılması və kollektiv investisiya alətlərinin bazarda tətbiqi üçün əlverişli zəminin formalaşdırılmasından ibarət idi. Konfransda dünyanın bir sıra ölkəsindən 20-dək beynəlxalq qurumun, birjaların, investisiya şirkətləri və bazar tənzimləyicilərinin nümayəndələri iştirak etdilər.